YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çinin “POWERCHINA” korporasiyası Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunda maraqlıdır

Dünyanın ən iri mühəndislik-layihələndirmə şirkətlərindən olan Çinin “POWERCHINA” korporasiyası Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunda maraqlıdır.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat katibliyindən (ABOEMDA)  bildirilib ki, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Çinin “POWERCHINA” korporasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib. ABOEMDA-nın sədri Akim Bədəlov nümayəndə heyəti ilə görüşərək dövlətlərimiz arasındakı sıx əməkdaşlığı, həmçinin Çin şirkətlərinin Azərbaycanda ABOEM-in inkişafı istiqamətində investisiya qoyuluşu üçün göstərdikləri təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib. Agentliyin qısa zaman ərzində həyata keçirdiyi layihələr və əldə olunmuş uğurlardan bəhs edilərək, Azərbaycanın ABOEM-lə zənginliyini və sahənin inkişafı üçün güclü siyasi iradənin olduğu qonaqların diqqətinə çatdırılıb.

Çinli nümayəndə heyəti investisiya qoyuluşu cəhətdən Azərbaycanın regionun ən cəlbedici ölkəsi olduğunu vurğulayaraq tezliklə ABOEM sahəsində birgə layihələrə başlamaq niyyətində olduqlarını bildiriblər.

Səfər çərçivəsində ABOEMDA tərəfindən təsis edilmiş “Azalternativenerji” MMC və “POWERCHINA” arasında gələcək fəaliyyət planı üzrə işgüzar görüşlər baş tutub. O cümlədən qonaqlar “Azgüntex” günəş panelləri zavodu, Qobustan Eksperimental Poliqonu və “Pirallahı” günəş elektrik stansiyası ilə tanış olublar.

Qeyd edək ki, 2014-ci ildə “POWERCHINA” şirkətinin illik gəliri 42,4 milyard ABŞ dolları təşkil edib və işçilərinin sayı 200 min nəfərdir. Şirkət 110 ölkədə 1.565 xarici layihələr həyata keçirir.

 

DİGƏR Xəbərlər Arxiv