YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2020-ci ilə qədər Transxəzər dəhlizi üzrə daşımaların həcmi 300 min konteynerdən çox olacaq

2020-ci ilə qədər Transxəzər nəqliyyat dəhlizi üzrə daşımaların ümumi həcmi 300 min konteynerdən çox olacaq.

“Qazaxıstan dəmir yolları” səhmdar cəmiyyətinin prezidenti Askar Mamin bu fikri Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolları rəhbərlərinin Bakıda keçirilən görüşündə səsləndirib.

“Qazaxıstan dəmir yolları” SC-nin rəhbəri bu nəqliyyat dəhlizinin yüksək potensiala malik olduğunu göstərərək bildirib ki, Avropa ilə Asiya arasında ticarətin həcminin artmasını nəzərə alaraq daşımaları xeyli artırmaq olar. A.Mamin onu da xatırladıb ki, 2015-ci ildə Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Çindən Avropaya gedən konteyner qatarlarının sınaq səfərləri uğurlu olub.

 

DİGƏR Xəbərlər Arxiv