YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstanda pensiya islahatlarına qarşı etiraz aksiyaları başlayıb

Yunanıstanda Baş nazirin iqamətgahı qarşısında yeni pensiya islahatlarına qarşı etiraz aksiyası keçirilib. Aksiyada 2 mindən artıq insan iştirak edib. Aksiya iştirakçıları iqamətgaha daxil olmaq istədikləri zaman hüquq mühafizə orqanların əməkdaşları ilə qarşıdurma baş verib. Qeyd etmək lazımdır ki, aksiyanın təşkilatçısı Ümumyunanıstan döyüş cəbhəsinin kommunist həmkarlar ittifaqı olub. Yeni pensiya islahatlarına əsasən, ölkə üzrə təqaüdlərin xeyli miqdarda aşağı salınması, məcburi dövlət sosial siğorta ödənişlərin yüksəlməsi və vahid sosial müdafiə fondunun yaradılması nəzərdə tutulur.