YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR “Qazprom”la təbii qaz sahəsində əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Qazprom”la təbii qaz sahəsində əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib.

AZƏRTAC “Qazprom”un saytına istinadla xəbər verir ki, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller dekabrın 25-də Sankt-Peterburqda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb. Tərəflər görüşdə təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər. Xüsusilə isə Rusiya qazının Azərbaycana idxalı məsələsi nəzərdən keçirilib.