YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Ceyhan limanından dünya bazarlarına 2,2 milyon ton Azərbaycan nefti yola salınmışdır

Cari ilin mayında Ceyhan limanından dünya bazarlarına 2 milyon 207 min 825 ton Azərbaycan nefti çıxarılmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, bu həcmin 1 milyon 459 min 633 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 703 min 142 ton təşkil etmişdir.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən cari il iyunun 1-dək Ceyhan limanından 244 milyon 847 min 56 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

 

DİGƏR Xəbərlər Arxiv