YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Dövlət sahibkarlığın inkişafına mane olan məsələləri aradan qaldırır

«Ölkədə lisenziyalaşma sahibkarlığın inkişafına yox, maneə vasitələrindən birinə çevrilmişdi. Lisenziyalaşma müəyyən dərəcədə əlinə vəsait toplayıb sahibkarlığa həvəslə başlayan insanı elə ilk addımda bankrot vəziyyətinə salmağa yönləndirilmiş bir vasitə olmuşdu. “Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsinin hazırlanması isə bu halların qarşısını almaq üçün mühim bir addımdır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, dövlət sahibkarlığın inkişafına mane olan məsələləri aradan qaldırır. Onun sözlərinə görə, “Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi çatışmazlıqların aradan qaldırılmasına yönəlib.

«Lisenziyalaşma işi asanlaşdırılmalıdır ki, sahibkar çox qazansın və yüksək səviyyədə vergi versin. Həmin vergi büdcəni inkişaf etdirsin və başqa mühim sahələrə vəsait ayrılsın. Şəffaflığın təmin edilməsi şərtilə bu istiqamətdə ASAN Xidmətinin işinin genişləndirilməsi lazımdır. XXI əsrin ruhuna uyğun olaraq lisenzilaşma işləri elektron hökumətin tərkib hissəsinə çevrilməlidir»- deyə, komitə üzvü qeyd edib.