YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə ulu öndər Heydər Əliyevin xatirə lövhəsinin açılışı olub

Azərbaycanın Özbəkistandakı səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə Ulu Öndərin adını daşıyan küçədə dahi şəxsiyyətin xatirə lövhəsinin açılışı olub.

Tədbirdə səfirliyin və AMM-in əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin (ÖADC) təmsilçiləri, diasporun üzvləri, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Daşkənddə azərbaycanlıların yığcam yaşadıqları Mirabad rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında dahi rəhbərin abidəsinin açılışı olub, buradakı küçəyə Ümummilli Liderin adı verilib.

Xatirə lövhəsi Azərbaycan Mədəniyyət Mərkəzinin Heydər Əliyev küçəsindəki binasına vurulub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev müasir müstəqil dövlətimizin memarı və qurucu ulu öndər Heydər Əliyevin ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq dinamik inkişaf yoluna çıxarmasında müstəsna xidmətlərindən danışıb.

ÖADC-nin icraçı direktoru Erkin Nuriddinov ümummilli lider Heydər Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb.

Sonra iştirakçılar Ulu Öndərin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoyublar.

Daha sonra iştirakçılar Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olub, dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən bəhs edən sənədli filmə baxıblar.

Mərasimdə səfir Hüseyn Quliyev Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin əlaçı tələbələrinə - Oybek Erqaşova və Firangiz Xaşimovaya “Heydər Əliyev təqaüdü”nü təqdim edib. Azərbaycanın Özbəkistandakı səfirliyi və AMM tərəfindən təsis olunan bu təqaüd həmin universitetin əlaçı tələbələrinə verilir.

Sonda özbək tələbələr Azərbaycan dilində ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.

 

DİGƏR Xəbərlər Arxiv