YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan Ulu öndər Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru irəliləyir

«Yalnız Heydər Əliyev dühasından doğan ideologiya Azərbaycanın xoşbəxtliyinin təminatı ola bilər və bu siyasətin alternativi mövcud deyil. Bügünkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğuna görə məhz Ulu öndər Heydər Əliyevə borcluyuq. Bu, bütün Azərbaycan xalqının fikridir». Bu fikirləri Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü  Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir.

 “Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması deməkdir. Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır. Bir neçə il öncə başlayan qlobal maliyyə böhranı fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsidir. Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Ümummilli liderin siyasi yolunu layiqincə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru irəliləyir»- deyə, B. Muradova vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv