YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti İstanbulda Enerji və İqtisadiyyat Sammitində çıxış edib

İstanbulda Atlantik Şurasının növbəti Enerji və İqtisadiyyat Sammiti noyabrın 19-da işini davam etdirib.

Sammitdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər təmsil edirlər.

Zirvə görüşünün ikinci günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Sammitdə Atlantik bölgəsi və qlobal təhlükəsizlik, ABŞ-Avropa münasibətləri, qlobal iqtisadiyyat və maliyyə, dialoq və işbirliyi kimi mövzular müzakirə olunur. Panel iclaslara isə enerji təhlükəsizliyi, boru xətti siyasəti, Şərq-Qərb enerji dəhlizi və digər məsələlər daxildir.

Atlantik Şurasının missiyası ABŞ və Avropa arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində yeni formatlar müəyyən etməkdir.

Zirvə görüşü noyabrın 20-də işini davam etdirəcək.