YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb

Ümumiləşdirilmiş preferensiyalar sistemi vasitəsilə ABŞ və Azərbaycan arasında ötən il ərzində ümumi ticarət dövriyyəsi 2 milyard dollara çatıb.

Bu sözləri ABŞ Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli Bakıda jurnalistlərə açıqlamasında deyib.

M.Lalli ümumiləşdirilmiş preferensiyalar sistemi (GSP) barədə məlumat verib. O bildirib ki, bu proqram bilavəsitə Azərbaycandan ABŞ-a idxal olunan mallara güzəştli tariflərin təqdim olunması layihəsidir.

Onun sözlərinə görə, hər il ABŞ konqresi müəyyən müzakirələrdən sonra GSP proqramı çərçivəsində iştirak edən dövlətlərin siyahısını müəyyənləşdirir və bu dövlətlərə güzəştli tariflər əsasında çox mühüm və böyük olan ABŞ bazarına daxilolma imkanı yaradır.

Bu proqram vasitəsilə ABŞ və Azərbaycan arasında ötən il ərzində ümumi ticarət dövriyyəsi 2 milyard dollara çatdığını bildirən M.Lalli ABŞ-dan Azərbaycana və Azərbaycandan ABŞ-a olunan ixracın məbləği təxminən bərabərdir: “Mən bu ticarəti təsvir edərək demək istəyərəm ki, bu özü-özlüyündə bir növ balanslaşmış şəkildə həyata keçirilən bir ticarətdir”.

Həmçinin M.Lalli onu da qeyd edib ki, ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi müxtəlif mallardan ibarətdir. Bunlar petrokimya sahəsinə, kənd təsərrüfatına aid mallar və bəzi avadnlıqlardır. “Elə mallar var ki, ABŞ bazarına məhz Azərbaycandan idxal olunur”,- deyə ABŞ Ticarət Departamentinin təmsilçisi bildirib.

 

DİGƏR Xəbərlər Arxiv