YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazanır

«Son illər Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazanır». Bu fikri ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev bildirib ki, bu uğurların əsasında Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik ideyaları və Prezident İlham Əliyevin müdrik rəhbərliyi dayanır. Onun sözlərinə görə, neftçilər mühüm idman yarışlarına da böyük töhfələr verir.

«SOCAR birinci Avropa Oyunlarının baş sponsoru olaraq idman qurğularının inşasında, şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edib. Bu sahədə görülən işlərə ən böyük töhfə Bakı Olimpiya Stadionunun inşası olub. Bu stadion tikinti sahəsində böyük nüfuza malik beynəlxalq ekspertlər tərəfindən 2015-ci il üzrə idman qurğuları kateqoriyasında dünyada ilin ən yaxşı layihəsi elan edilib»- deyə, R.Abdullayev vurğulayıb.