YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ mütəxəssisləri 1053 məntəqədə “exit-poll” keçirəcəklər

ABŞ mütəxəssisləri 1053 məntəqədə exit-poll keçirəcəklər. Bu fikirlər ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” şirkəti və Azərbaycanın “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın oktyabrın 29-da “Seçkilər” Media Mərkəzində birgə keçirdikləri mətbuat konfransında səslənib.

Konfransda çıxış edən “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın sədri Sahib Məmmədov Azərbaycanın mühüm siyasi tədbir ərəfəsində olduğunu bildirib. O, vurğulayıb ki, bu günə qədər əhalini maarifləndirmək məqsədi ilə paytaxt Bakıda, eləcə də Lənkəran, Quba və Gəncədə təlimlər keçirilib. Hər iki təşkilat seçkilərdə “exit-poll” keçirmək üçün tam hazırdır. Məlumatı Secki-2015.az  saytı yayıb.

“Artur Filkenşteyn və Assosiasiya”sının əməliyyatlar üzrə direktoru Jo Anne Barnhart isə Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində də fəaliyyət göstərdiyini qeyd edib. Bakıya gəlməkdən məmnunluğunu bildirən xanım Barnhart seçkilərdə “exit-poll”un 118 dairə üzrə, 1053 məntəqədə keçiriləcəyini diqqətə çatdırıb. Ümumilikdə isə  prosesə 2 mindən çox işçi cəlb olunacaq.

Mətbuat konfransında o da bildirilib ki, seçki günü hər 3 saatdan bir ictimaiyyətə məlumat veriləcək. Yekun nəticələr isə saat seçki başa çatdıqdan 2 saat sonra açıqlanacaq.