YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Quliyev Musa İsa oğlu seçiciləri ilə görüşüb

Bu gün 40  saylı Kəpəz  ikinci  (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Quliyev Musa  İsa oğlunun  Milli Məclisə seçkilərlə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüb.

3-cü  mikrorayon, 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilən tədbiri  YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev görüşdə çıxış edərək  Musa Quliyevin fəaliyyəti  barədə məlumat verib.

Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər  Quliyev  Musa  İsa oğlunun Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili   seçilməsi üçün  yekdilliklə səs verəcəklərini bildiriblər.         Musa Quliyev çıxış edərək, Milli Məclisə deputatlığa namizədliyini növbəti  dəfə irəli sürdüklərinə görə  partiyanın rəhbərliyinə və fəallarına  minnətdarlığını bildirib,  yenidən  millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə  danışıb:-“Çalışacağam ki, ötən illərdə olduğu kimi,  qarşıdan gələn 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun  qurum, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim”.