YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçiriləcək

Vyana İqtisadiyyat Palatasının rəhbəri Valter Rukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya Ticarət Palatasının birgə təşkilatçılığı ilə oktyabrın 19-da Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçiriləcək.

Fonddan bildirilib ki, görüşə tikinti, əczaçılıq, turizm, logistika, tibbi avadanlığın istehsalı, kənd təsərrüfatı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 Avstriya şirkətinin qatılacağı gözlənilir. Tədbir çərçivəsində şirkətlər arasında ikitərəfli görüşlər təşkil olunacaq.