YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” beynəlxalq ətraf mühit sərgisi keçiriləcək

Noyabrın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı beynəlxalq ətraf mühit sərgisi (“CTE-2015”) keçiriləcək.

Sərginın Təşkilat Komitəsindən bildirilib ki, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionunda həyata keçirilən mühüm tədbir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

“СТЕ-2015” sərgisi Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən olan şirkətləri bir araya toplayacaq.

Bu il keçiriləcək sərginin debütantları arasında İsveçrə, Çexiya və Rusiya şirkətləri yer alır. Tümen vilayəti ticarət-sənaye palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunacaq. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üzrə avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.

Ümumilikdə əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, “СТЕ-2015” sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq.