YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Cənub” qaz dəhlizi enerji təhlükəsizliyinin onurğa sütunu olacaq

“Cənub” qaz dəhlizi enerji təhlükəsizliyinin onurğa sütunu olacaq.

Bu sözləri ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib. O qeyd edib ki, Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq “Cənub” qaz dəhlizi qarşıdakı dövrdə enerji təhlükəsizliyinin təməli və onurğa sütunu olacaq. Bunun səbəbi isə, onun yeni qazı yeni yolla daşıyacaq olması və zamanla daha da genişləndirilmə potensialını saxlamasıdır. Bu boru kəməri zənciri tamamlandığında, İraq qazını da Avropaya daşımaq imkanı var. Aralıq dənizinin resursları və türkmən qazı da bu boru kəməri ilə nəql oluna bilər. Yunanıstanda qurulacaq LNG terminalı vasitəsilə bu boru kəməri ilə LNG qazı da nəql edilə bilər. Bu, Türkiyə üçün yalnız iqtisadi, geosiyasi və maliyyə fürsəti deyil, eyni zamanda, Avropa üçün də təhlükəsizlik mənasını daşıyır”.

“Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı bu boru kəmərləri zənciri Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərindən ibarətdir.