YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda Silahlı Qüvvələr Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, keçdiyi şərəfli döyüş yolundan danışıblar. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan parlaq Qələbə və antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.