YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühim amil

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Enerji təhlükəsizliyinin mühim amil olduğu dünyada, Azərbaycan enerji təhlükəsizliyini bir neçə il əvvəl təmin etmişdir. Hazırda, Azərbaycan, nəinki öz enerji tələbatlarını təmin edir, həm də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektirk enerjisini də ixrac edir. Bundan başqa,Azərbaycanın  bərpaolunan  enerji  ilə  bağlı  tamamilə fərqli proqnozları vardır. Birincisi bu sahədə ölkəmizdə  nəhəng potensial vardır.  İkincisi, Azərbaycan  bununla da ixracı daha da şaxələndirəcəkdir. Odur ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

Cari ilin birinci yarısında Prezident İlham Əliyevin ikinci dəfə “Euronews”a verdiyi müsahibədə COP29-la bağlı məsələyə toxunması və Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri, izahları və təklifləri xarici mühitin diqqətini bu məsələlərə cəlb etməkdə davam edir. Müxbirin enerji sektoru ilə bağlı verdiyi sualda cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin hərtərəfli inkişafını sübut edir: “Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.”

Enerji iqtisadi artım üçün  çox mühüm istehsal amilidir. İşğaldan  azad edilən  rayonlarda  əldə ediləcək  bütün  elektrik enerjisi  də  yaşıl enerji prinsipi ilə istehsal olunacağı hədəflənməkdədir. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. İşlərin həcmi getdikcə artıq və Azərbaycan milli enerji şəbəkəsini gücləndirir.

Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət düşünülmüş və uzaqgörən müdrikliyin nümunəsidir Məhz uğurlu enerji siyasəti bu sektorda dünya liderləri olan böyük şirkətləri Azərbaycana cəlb edir. Azərbaycanda yaxşı sərmayə mühiti var. Hal-hazırda ənənəvi enerjidən əldə edilən gəlirlər bərpa olunan enerjiyə yönəldilir. Bu layihələr Azərbaycanın mövqeyini daha da gücləndirəcəkdir. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi də şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri ölkələr və şirkərlər arasında birliyi və həmrəyliyi yaratmaqdır.