YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qalib xalqın qalib Ordusu”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Qalib xalqın qalib Ordusu” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətənin qəhrəman övladlarının əziz xatirələrini anıblar.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, “Kazım Kazımzadə küçəsi, 100A” (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Vətən müharibəsi iştirakçıları ehtiyatda olan kapitan Amil Sefiyev və ehtiyatda olan polkovnik Məhərrəm Həsənov, Fövqəladə Hallar Nazirliyinin ehtiyatda olan mayoru Süyman Heydərov və digərləri Ordumuzun inkişaf tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ordu quruculuğu sahəsində görülən mühüm işlərin Ulu Öndərin siyasi varisi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığı bildirilib.

Çıxışlardan sonra partiya sıralarına yeni qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.