YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Gərginliyin artırılması Ermənistanın hiyləsidir

«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  mövcud olduğu dövrdən özlərinə məxsus bütün qoşun növlərinin təlimlərini keçirir, müxtəlif qruplaşmalar yaradırlar. Əgər BMT-nin Nizamnaməsinə nəzər yetirilsə, beynəlxalq hüququn prinsiplərinə hörmət edilsə o zaman bu təşkilatın Dağlıq Qarabağ məsələsinə qarışmağa haqları yoxdur. Bu nəzəri cəhətdən belə olsa da, reallıqda belə deyil». Bu fikirləri  Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanın 20 faiz torpaqlarının hansı qüvvələr tərəfindən işğal olunduğu bütün dünyaya məlumdur. Onun sözlərinə görə, KTMT-nin qüvvə və vasitələrinin daşınmasını təmin edəcək kollektiv aviasiya qüvvələrinin yaradılması və həmin hava qüvvələrinin bu və ya digər münaqişə regionlarına göndərilməsini təmin etmək təklifi istənilən halda bizim ziyanımıza atılan addımdır.

«Həmin təşkilatın baş katibi dəfələrlə bildirib ki, “bizim Dağlıq Qarabağda gedən proseslərə qarışmağa haqqımız yoxdur. Ancaq Ermənistana qarşı hər hansı bir təhlükə olarsa, biz Ermənistanın təhlükəsizliyini qorumalıyıq”. Ona görə ermənilər Dağlıq Qarabağda gərginlik yaratmağa çalışır və gərginliyin səbəbini Azərbaycanın üzərinə atmağa çalışır. Bu, erməni hiyləsidir. Bütün bunları nəzərə alaraq deyirəm ki, bu təşkilatın həyata keçirdiyi bütün fəaliyyəti Ermənistanın hüquqlarını qorumağa hesablanıb»- deyə, E.Məmmədov qeyd edib.