YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: Ermənilər Sərsəng su anbarından istifadə edərək cəbhə bölgəsində yaşayan əhalini qorxu içində saxlamağa çalışır

«Sərsəng su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur». Bu fikri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev AŞPA Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi Milisa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəndə deyib. 

İ.Quliyev bildirib ki, Azərbaycanın tarixən aqrar ölkə olub. Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra iqtisadiyyat yüksək templə inkişaf edir, ölkə rəhbərliyi aqrar sektora böyük önəm verir.

«Bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamlar qəbul edilib. Amma ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız qış aylarında gecə vaxtları suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün su basma təhlükəsi yaradır, onların əhalisini daim qorxu və təşviş içində saxlayırlar. İşğal zonasında çoxsaylı meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi yarımçıq qalıb və bu keçən müddət ərzində onlar dağılaraq sıradan çıxıb. Su anbarını subasma zonasında yerləşən Tərtər, Bərdə sakinlərində, eləcə də Ağdərə, Tərtər, Bərdə, Zərdab və Ağdaş rayonlarının 130-dan çox yaşayış məntəqələrində məskunlaşmış 500 min nəfərə yaxın insan, ermənilərin məqsədyönlü təxribatı və əməlləri nəticəsində real təhlükə şəraitində yaşayır»- deyə, nazir müavini vurğulayıb.