YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriyalı deputat: Müşahidəçilər görəcəklər ki, Azərbaycanda seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib

Avstraliya parlamentinin üzvü, Avstraliya Liberal Partiyasından deputat, Avstraliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Lyuk Simpkins Federal Parlamentin Nümayəndələr Palatasında çıxış edərək deyib: “Bu yaxınlarda parlamentimiz Avstraliya-Azərbaycan parlament dostluq qrupunu təsis edib. Çox məmnunam ki, hökumətin partiya fraksiya katibi yeni yaranmış bu dostluq qrupuna rəhbərlik etmək xahişimi təsdiq etdi”.

Məlumatda deyilir: “Bu il Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi, bir neçə il əvvəl isə “Eurovision” mahnı müsabiqəsi Bakıda keçirilib. Həmin tədbirlər Azərbaycanın sürətli inkişafının, beynəlxalq aləmə inteqrasiyasının təsdiqidir. Onları reallaşdırmaqla Azərbaycan möhtəşəm bir ölkə olaraq uğurlarını bütün dünya üçün nümayiş etdirdi və biz bu məsələləri etiraf etməliyik”.

Bu il noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilər zamanı Azərbaycanda demokratiyanın vəziyyəti qiymətləndirilə bilər. Mən əminəm müşahidəçilər görəcəklər ki, seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib. Məncə, dünya Azərbaycana dair obyektiv olmalıdır. Bəli, ölkəyə tənqidi yanaşın, lakin həm də qəbul etməyə hazır olun ki, öz qonşuları və faktiki olaraq dünyadakı ölkələrin əksəriyyəti ilə müqayisədə Azərbaycan müasir və sabit bir ölkədir. Bu, iqtisadi və siyasi uğurdur. Dini dəyərlərin və etnik azlıqların hüquqlarının qorunduğu yerdə həmişə yaxşı demokratiya olur.