YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı ağacəkmə aksiyası keçirib.

Aksiya zamanı Beyləqan-Daşburun magistral yolunun sol hissəsində 100 Eldar şamı əkilib. Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyət və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.