YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini sutka ərzində 146 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 146 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Çaylı, Qızıloba, Ağdam rayonunun Şıxlar, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Şuraabad, Şirvanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.