YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib

Ağstafa rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

Ağstafa rayonunun Zəlimxan kəndi ərazisində keçirilən aksiya zamanı 65 nəfərin iştirakı ilə 250-dən çox müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.