YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələnin əsası

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Müstəqil Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı, siyasi və iqtisadi baxımdan sabit ölkə və etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində ölkəmiz istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. Bunun nəticəsidir ki, dünya dövlətləri düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri yaradırlar.

4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu.

Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə, kənd təsərrüfatı, Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan olub.

Ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verən səfər zamanı hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatları da onu nümayiş etdirdi ki, Azərbaycanın Konqo Respublikası ilə ikitərəfli əlaqələri yeni bir mərhələyə qədəm qoyur. Hər iki ölkə rəbbərlərinin mətbuata verdiyi bəyanatlar zamanı Prezident İlham Əliyev bildirib ki, biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal miqyaslı təşəbbüslərin nəticəsidir.

Azərbaycan xalqının ədalətli mübarizəsini yüksək dəyərləndirdiklərini nümayiş etdirən Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesson qeyd edib ki, biz beynəlxalq səviyyədə - istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacağıq. Çünki söhbətimiz zamanı fikirlərimizin bir-biri ilə yüksək səviyyədə üst-üstə düşdüyünü gördük. Prezident və mənim tərəfimdən imzalanan Bəyannamə mühüm mərhələdir. Fikrimcə, bu, gələcək aylarda və illərdə ölkələrimiz arasında bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək.

Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Sürətlə inkişaf edən ölkəmizin əməkdaşlığı, dostluq əlaqələri gələcəkdə Azərbaycan – Konqonun tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək.