YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər tonqalı tarixi ədalətin bərqərar olmasının təsdiqidir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

 Bu ilki Novruz bayramını xalqımız ikiqat sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşıladı. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində alovlandırılan bayram tonqalı bu il Xankəndi şəhərində qalandı. Qalib ölkəmizin Qalib Lideri İlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalını – Zəfər tonqalını alovlandırması bir daha xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurdu. Xalqımız dillərə dastan olan böyük Qələbəni, Zəfəri, işğaldan azad edilmiş torpaqlarda başlanmış yeni həyatın sevincini bayram edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər tonqalının ərafında söydədiyi fikirlər bir daha təsdiq etdi ki, güc və həmrəylik rəmzi olan “dəmir yumruq”, xalq-ordu-iqtidar birliyi sayəsində bərpa edilən tarixi ədaləti pozmağa heç kimin gücü, iradəsi çatmaz: “Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq.”

Azərbaycan xalqımızın illərdən bəri arzusunda olduğu Zəfəri beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini döyüş meydanında bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Ali Baş Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun rəşadəti, vahid amal uğrunda birlik olan insanlarımızın bütövlüyü, vəhdəti bir daha sübut edi ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Düşmən separatizminin yuvasına çevrilmiş Xankəndidə bayram tonqalının alovlandırılması dünyanın dörd bir yanında dostları şad, düşmənləri xar etdi.

“Təbii ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmizdir. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.” Bayram tonqalı ətrafında Müzəffər Ali Baş Komandan, Qalib Lider İlham Əliyevin söylədiyi bu sözlər bir daha təsdiq edir ki, xalq-ordu-iqtidar birliyi, müqəddəs tariximizin əbədi qəhrəmanlıq salnaməsini qızıl qanları ilə yazan şəhidlərimizin, igid Vətən oğullarının qəhrəmanlığı sayəsində bərpa edilən tarixi ədalət əbədidir. Dünya durduqca Azərbaycan xalqı əzəli-əbədi torpaqlarımızda bayram tonqalları alovlandıracaq.