YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-iyul aylarında Azərbaycanda ümumi daxili məhsulun həcmi 32,1 milyard manata çatıb

Bu ilin yeddi ayında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun (ÜMD) həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜMD 9 faiz, neft-qaz hasilatı və emalı sektorunda 1 faiz artıb. Qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi isə əvvəlki ildəki 57,5 faizdən 68 faizə yüksəlib.

ÜDM-in 35 faizi sənayenin, 13,6 faizi tikintinin, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3 faizi isə xidmət sahələrinin payına düşüb. Hesabat dövründə məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.

 

DİGƏR Xəbərlər Arxiv