YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlıq imkanlarının yaranmasına önəmli töhfə

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan və Qazaxıstan arasında əlaqələrin yüksələn xəttlə inkişafı dövlət başçılarının qarşılıqlı səfərlərindən aydın şəkildə özünü göstərir. Son bir ildən bir qədər çox müddət ərzindən Preziden İlham Əliyev tərəfindən Qazaxıstana dörd səfər, Qazaxıstan Prezidenti tərəfindən isə ölkəmizə üç səfər həyata keçirilmişdir.

Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında hər zaman Azərbaycana dəstək olub. Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək olmaqla Qazaxıstan qardaşlıq köməyini göstərir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bu qardaşlıq dəstəyinin əsas təzahürlərindən biridir. Hər iki ölkə başçısının mərkəzin açılışında iştirakı gələcək əlaqələrimizin daha da dərinləşəcəyindən xəbər verir.

Azərbaycan və Qazaxıstan fəal şəkildə Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi və qarşılıqlı əlaqələrin daha da inkişafında yaxından iştirak edirlər. Ölkələrimiz arasında yüksək səviyyəli iqtisadi-ticari potensial böyük inkişaf dinamikasına malikdir. Transxəzər nəqliyyat dəhlizinin mövcudluğu regional əməkdaşlığın əhatəsini nümayiş etdirən əsas göstəricilərdən biridir. 

Azərbaycan və Qazaxıstan daim nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət yetiriblər. Beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri özündə əhatə edir.

Mərkəzi Asiya ölkələri, o cümlədən regiondakı Türk dövlətləri ilə əlaqələrin dərinləşməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və dini ortaqlıqlar bu əlaqələrin əsasını təşkil edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına önəmli töhfə verəcək.