YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qazaxıstan əlaqələri inkişafın ən yüksək mərhələsində

“Azərbaycan və Qazaxıstanı ortaq soy-kök, eyni dil və yaxın mədəni-tarixi əlaqələr, qardaşlıq münasibətləri birləşdirir. Hər iki ölkə son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşməklə, Qərb-Şərq arasında körpü rolunu oyanayaraq ən strateji qlobal enerji, nəqliyyat layihələrini təmin etməklə regionun ümumi inkişafına töhfə verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstana, eləcə də həmin dövlətlərinin başçılarının Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə yeni əməkdaşlıq imkanlarının güclənməsində və iqtisadi əlaqələrin artmasına səbəb olur”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın müəllifi olduğu strateji layihə Bakı-Tbilisi-Ceyhan Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir”.
A.Hüseynovun sözlərinə görə, ölkələr arasında iqtisadi potensial da böyükdür. malikdir. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə son il yarım müddətdə 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub, tərəflər bu rəqəmi 2 dəfə artırmağı ması nəzərdə tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu fəaliyyət göstərir. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub.
A.Hüseynov bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirən millər vəkili qeyd edib ki, hər iki qardaş ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir və qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Qazaxıstan işğaldan azad olunmuş ərazilərdə də Azərbaycana dəstək verməkdədir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bu təşəbbüskarlığın ən yaxşı nümunəsidir.
Millət vəkili bildirib ki, Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallqılar yaratmaqdadır, xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Azərbaycan Şərq-Qərb nəqliyyat magistralının əsas nöqtələrindən biri olan Mərkəzi Asiya ilə əlaqələri də gücləndirir. Xüsusilə də Zəngəzur dəhlizinin yaradılması Çin-Mərkəzi Asiya və Avropanın sıx inteqrasiyası artmış olacaq ki, bu prosesdə əsas xətt Azərbaycanın ərazisini əhatə etmiş olacaq”.