YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslahatlar kursunun uğurlu davamı

“9 fevral 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi dövlətimizin həyatında mühüm bir tarixi dövrü əhatə edib. Sözsüz ki, azərbaycanda  bütün sahələrdə həyata keçirilən islahatların qanunverici orqanı da əhatə etməsi vacib idi. Bu mənada dərin islahatlar konsepsiyası Ali Qanunverici Orqanı da əhatə etmiş oldu.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, 2020-ci ilin fevralın 9-da məhz bu kontekstdə növbədənkənar parlament seçkilərinin keçirilməsi, dövlət başçısının  islahatlar kursunun uğurlu davamı oldu: “Parlamentə keçirilən növbədənkənar seçkilər ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinin mahiyyətini özündə ehtiva edirdi. Milli Məclisin işinin təkmilləşdirilməsi və yeni tərkibdə təşkil edilməsinə yönəlmiş bu addım dövrün çağırışlarına adekvat oldu. Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak edib. Seçkilər hər zaman olduğu kimi açıq, şəffaf və yüksək seçici fəallığı fonunda baş tutub. Elə bunun nəticəsində çoxpartiyalı əsasda parlamentin formalaşması təmin edilib”.

YAP Abşeron rayon təşkilatının sədri hesab edir ki, bu amil dövlətimizdə siyasi plüralizmin Ali Qanunverici Orqanda yer almasını göstərən mühüm faktordur: “Dörd il öncə parlamentə növbədənkənar seçkilərin keçirilməsi dövlətin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. VI çağırış parlamentin ilk iclasında ölkə başçısının çıxışı, verilən mesajlar yeni dövr üçün vacib yol xəritəsi hesab olunur. Bu eyni zamanda Azərbaycanda aparılan islahatların uğurla davam etdiyinin nümayişi idi. Sözsüz ki, qanunverici hakimiyyətin bu islahatlarda başlıca rola malik olacağı da vacib əhəmiyyətə malikdir. Cənab Prezident çıxışında vurğuladı ki, “Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir”. Bu amil ölkəmizin yeni çağırışlara və dövrün reallıqlarına uyğunlaşmasını və inkişaf xronologiyasının təminatına hesablanmış vacib strategiyadır. Bunun nəticəsidir ki, yeni tərkibdə formalaşmış parlament  ötən dörd il ərzində ölkənin ictimai-siyasi həyatında özünəməxsusluğu ilə qabaqdadır”.

A.Əliyev vurğulayıb ki, 9 fevral 2020-ci il seçkilərində Azərbaycanda  mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində formalaşmış çoxpartiyalı parlament ölkədə siyasi sistemin təkmilləşdirilməsində vacib rol oyanyır: “Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşmasıdır. Yeni formalaşan Milli Məclis pandemiya dövrünə təsadüf etsə də parlament bu sınaqdan uğurla çıxmağa nail olub. Milli Məclis pandemiya şəraitində davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi mühüm təcrübə oldu. 44 günlük Vətən Müharibəsi və 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri dövründə də Milli Məclis üzərinə düşən missiyanı böyük uğurla və əzmlə yerinə yetirdi. Cənubi Qafqazda formalaşmış yeni dövrün çağırışlarına uyğun olaraq siyasi, iqtisadi sahədə vacib addımlar atılır. Dövlətimiz yeni dövrün və reallığın müəllifidir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycan bu gün regional və qlobal miqyasda sülhün, əməkdaşlığın vacib tərəfdaşı kimi çıxış edir. Azərbaycanla bağlı həqiqətlərinin dünyanın qanunverici orqanlarına çatdırılmasında, parlament diplomatiyasının aktiv şəkildə rolu da bu xüsusda olduqca önəmlidir”.