YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon  təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə “Zəfərə gedən şərəfli yol” adlı tədbir keçirilib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Göyçay  rayon təşkilatının sədri Sahib Şükürov  partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində YAP rayon təşkilatının fəaliyyətindən bəhs edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, günü-gündən yeni-yeni uğurlara imza atılır.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə ölkəmizin həyatında yeni dövrün başladığını deyən rayon təşkilatının sədri qeyd edib ki, 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi gələcəyə daha böyük inamla addımlamağa əsas verir.

Şəhid atası Akif Kərimov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, partiya veteranları Zenfira Əliyeva, Eldəniz Məmmədov, Şərafəddin Quliyev və digərləri də çıxış edərək bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən yüksək zirvələr fəth etdiyini, xalqımızın tarixi Zəfərlər əldə etdiyini söyləyiblər.

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv