YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzi üzrə ərazi partiya təşkilatı təsis edilib.

Təsis iclasında çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 700 mindən çox üzvü var. 

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qurumun əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olduğunu deyib, yeni yaradılan ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.

Ülvi Həsənzadə ərazi partiya təşkilatının sədri, Fariz Quliyev isə sədr müavini seçilib.