YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz tarixi ədaləti bərpa etmişik

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatını sədri

Ali Baş Komandan, Azərbaycan xalqının yeniləməz Sərkərdəsi İlham Əliyev 2024-cü ilin fevralın 26-da Xocalı şəhərində soyqırımın 32-ci il dönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə birgə soyqırım qurbanlarının xatirəsini yad etdi. 32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olunurdu. Bununla bağlı Prezident İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın: “Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır.” Bəli, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən işğalından azad edildi. Elə həmin ayın 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bunula da soyqırım qurbanlarının narahat ruhu bir az da olsun dinclik tapdı. Bu tarixi hadisə həm onların ailə üzvləri, həm də Azərbaycan xalqı üçün böyük bir təsəllidir. Eyni zamanda, 32 ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda bu qanlı soyqırımı anması, onların əziz xatirəsinə həsr edilən Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca önəmli bir tarixi an oldu. Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev qürurla dedi: “Bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.”

Digər öniəli məsələ isə işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılmasıdır. İndi bu ərazilərdə sözün həqiqi mənasında gülüstan yaradılır. Yeni şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır. Dünyanın yeniləməz ordusu olan Azərbaycan Ordusu sərhədlərimizdə erməni təxribatlarına layiqincə cavab verir. Bir sözlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında alındı. Yəni qisas qiyaəmətə qalmadı. Xocalının işğaldan azad edilməsi bir daha onun təsdiqidir ki, Azərbaycan güclü dövlətdir və xocalıların qisası alındı. Bu soyqırımı törədənlər isə hələ də tam olaraq cəzalandırılmayıblar. Lakin o gün də uzaqda deyil və bu istiqamətdə də hərbi və siyasi uğurlarımız öz məntiqi sonluğuna çatacaqdır.