YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı “Yeni dövrdə yeni hədəflərə doğru” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Vətən müharibəsində qazanılan şanlı Zəfərdən üç il sonra suverenliyimizin tam bərpa olunması ilə ölkə həyatında yeni dövrün başladığını deyib.

Yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində olduğu qeyd edilib. Vurğulanıb ki, yeni dövrdə əsas hədəflər sırasında Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi, Böyük Qayıdışın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması kimi məsələlər dayanır. Məhz bu hədəflərin reallaşdırılması ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək.