YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandın Kralı: Ölkələrimiz arasında dialoqun və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ölkələrimiz arasında dialoqun və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçilməsi ölkənizin hər bir vətəndaşı və bütün dünya üçün dayanıqlı və təhlükəsiz gələcəyə töhfə verməklə yanaşı, Azərbaycana beynəlxalq nüfuzunu nümayiş etdirmək imkanı yaradır.

Qarşıda duran vəzifələrin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.”