YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən əlaqələri ikitərəfli səviyyədə bütün sahələrdə və çoxtərəfli kontekstdə daha da inkişaf etdirəcəyik.

Cənab Prezident, bir daha Sizə təbriklərimi çatdırır, Azərbaycan xalqının firavanlığı və inkişafı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.”

DİGƏR Xəbərlər Arxiv