YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək fəaliyyətimizin yol xəritəsi

“Ötən həftə ölkəmizdə böyük tarixi hadisə yaşandı. Belə ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Bu böyük və tarixi hadisə həm də ölkəmizdə yeni inkşaf erasının başlanğıcı oldu.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, andiçmə mərasimində Prezident İlham Əliyev çıxışı zamanı geridə qoyduğumuz illəri təhlil edərək bu illəri qələbələr və zəfərlər ili adlandırdı. Eyni zamanda dövlətimizin başçısı əldə edilmiş bütün nailiyyətlərin mənbəyinin Azərbaycan xalqı olduğunu qeyd etdi: “2003-cü ildən bu yana Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar əldə etmiş, zəfərlər, qələbələr qazanmışdır. Geridə qoyduğumuz bu illəri əsrlərə bərabər bir dövr kimi xarakterizə etmək olar. Əlbətdə bütün bu uğurlarımızın kökündə xalq-iqtidar birliyi və Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət dayanır. Eyni zamanda ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, vətəndaşın öz Liderinə olan yüksək sevigisi və inamı mövcuddur ki, bu da qələbələrimizi şərtləndirən əsas amillərindəndir.”

Daha sonra Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın təxribat və terror siyasəti haqqında danışaraq vurğuladı ki, İkinci Qarabağ müharibəsi baş verməyə bilərdi: “Azərbaycan istər İkinci Qarabağ müharibəsinə qədərki dövrdə, istərsə də post müharibə dönəmində hər zaman Ermənistanla münasibətdə ən yüksək səviyyədə humanistlik göstərmişdir. Lakin Ermənistan tərəfi bu humanistliyi dəyərləndirməmiş, müxtəlif təxribatlara əl atmışdır. Digər tərəfdən isə beynəlxalq hüququn işləməməsi və böyük dövlətlərin Ermənistana qarşı heç bir tədbir görməməsi İkinci Qarabağ Müharibəsini qaçılmaz edirdi. Əlbətdə belə olduğu təqdirdə Azərbaycan öz haqq savaşına başladı və öz ərazi bütövlüyünü və beynəlxalq ədaləti bərpa etdi. Lakin təəssüf ki, Ermənistan tərəfi postmüharibə dövründə də müstəqil siyasət yürütmədi, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı, müxtəlif təxribatlara əl ataraq sülh prosesinə mane olmağa çalışdı. Əlbətdə bu cür şəraitdə Azərbaycan Ordusu tərəfindən növbəti tədbirlərin - antiterror əməliyyatlarının həyata keçirilməsi qaçılmaz idi. Şanlı Ordumuz tərəfindən keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazisində seperatizmin kökü kəsildi, Azərbaycan öz ərazi bütövlüyünü və tam suverenliyini tam bərpa etdi.

Daha sonra dövlət başçısı artıq yeni dövrün başladığını qeyd edərək gələcək hədəflərimiz haqqında danışdı. Prezident İlham Əliyev ordu quruculuğunda, sosial, gənclər siyasəti, enerji, nəqliyyat və digər sahələrdə həyata keçiriləcək işlər və qarşıya qoyulmuş hədəflərdən bəhs etdi. Cənab Prezidentin bu çıxışı gələcək fəaliyyətimizin yol xəritəsi oldu.

Qalib Azərbaycan dövləti verdiyi bütün vədləri tamlıqla yerinə yetirən İlham Əliyevin rəhbərliyi altında yeni dövrdə də qarşıya qoyduğu bütün hədəflərə ən yüksək səviyyədə nail olacaq, böyük qələbələrə və zəfərlərə imza atacaq.”