YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının təsis olunmasının 31-ci ildönümü qeyd edilib

Fevralın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının təsis olunmasının 31 illiyi qeyd edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayon təşkilatının təsis olunmasından, ötən 31 illik fəaliyyətindən, o cümlədən partiyanın qurucusu Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. D.İbramxəlilov hazırda rayon təşkilatının 6210 nəfər partiya üzvünü öz ətrafında birləşdirdiyini qeyd edib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Partiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığı, qazanılan uğurların zirvəsində tarixi Zəfərimizin dayandığı xüsusi vurğulanıb.

Həmçinin o da qeyd olunub ki, fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə seçicilərin mütləq əksəriyyətinin böyük inam və etimad göstərməsi qalib xalqın öz Müzəffər Liderinin ətrafında sıx birləşdiyinin növbəti təsdiqidir.

Partiya veteranı Ağabala Ağabalayev, fəal gənc Şəms Paşayeva çıxışlarında vurğulayıblar ki, bu gün sıralarında 700 mindən çox insanı özündə birləşdirən partiya gücünü xalqdan alır.

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.