YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Azərbaycan xalqı seçkilərdə xüsusi fəallıq nümayiş etdirdi

Müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçirilib. Azərbaycan xalqı seçkilərdə xüsusi fəallıq nümayiş etdirdi. Bunu yerli və beynəlxalq müşahidəçilər də təsdiqləyirlər.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

MSK sədri qeyd edib ki, seçkilərin şəffaf və ədalətli keçirilməsini yerli və beynəlxalq medianın iştirakı, prosesi işıqlandırması da sübut edir.

O bildirib ki, Azərbaycanda keçirilən seçkiləri təqribən 90 mindən artıq yerli, 790 beynəlxalq müşahidəçi izləyib. Maldiv adalarından tutmuş Avropa ölkələrinədək müşahidəçilər seçki prosesini yaxından izləyiblər. Müşahidəçilər də seçicilərin çox fəal olduqlarını verdikləri müsahibə, açıqlama və keçirdikləri mətbuat konfranslarında vurğulayıblar.