YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb