YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev ÇXR-in Sədri Si Cinpinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə qarşıdan gələn Bahar bayramı münasibətilə məktub ünvanlayıb.

Dost Çin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısının məktubunda qeyd edilib: “Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm”.

Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin bundan sonra da birgə səylərlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyini ifadə edib.