YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəf və perspektivlər

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyev böyük səs çoxluğu ilə qalib gələrək növbəti 7 il üçün Azərbaycan Prezidenti seçildi. Xalqımız bir daha qalib Liderə etimad göstərməklə öz xoşbəxt gələcəyinə və ölkəmizin davamlı inkişafına səs verdi. Buna görə, Zəfər seçkiləri həm də Azərbaycan xalqının tarixi Qələbəsi deməkdir. Əminik ki, qalib Lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni hədəf və perspektivlərə nail olacaq.

Zəfər seçkilərində Azərbaycan xalqı öz mütəşəkkilliyi, yüksək fəallığı və bayram əhval-ruhiyyəsi ilə dünyaya nümunə oldu. Bu seçkilər ilk dəfə olaraq suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində keçirildi, unikallığı və möhtəşəmliyi ilə tarixə həkk oldu.

Prezident seçkiləri dünyaya bir demokratiya dərsi idi. Çünki, xalq öz Liderinə olan böyük sevgisini və etimadını nümayiş etdirdi. Bu seçkilər həm də ölkəmizin uğurlarını gözü götürməyən, anti-Azərbaycan qüvvələrə verilmiş bir cavab idi. Bütün xalqımızı bu möhtəşəm və tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirəm.