YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Markov: Bütün beynəlxalq təşkilatlar seçkilərin ədalətli və azad keçdiyini etiraf etməli olacaqlar

Biz burada “Vətəndaş dialoqu” qrupunu təmsil edirik. Bizim qrupun yaradılmasının məqsədlərindən biri seçkiləri müşahidə etməkdir. Biz 20 nəfərdən ibarət heyətlə dörd qrupa bölünməklə 30 seçki məntəqəsində müşahidələr aparmışıq.

Bu sözləri Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

S. Markov seçkilərin ölkə Konstitusiyasına və beynəlxalq qanunların tələblərinə uyğun şəkildə keçirildiyini qeyd edib.

“Müşahidələrimiz əsasında deyə bilərəm ki, seçki məntəqələrinin qarşısında uzun növbə var idi. Seçkilərdə seçicilərin yüksək səviyyədə iştirak edəcəklərini əvvəlcədən proqnozlaşdırmışdıq. İlk dəfədir müasir Azərbaycanın tarixində seçkilər bütün ölkə ərazisini əhatə etmişdi. Bütün beynəlxalq təşkilatlar seçkilərin ədalətli və azad keçdiyini etiraf etməli olacaqlar”, - deyə Markov vurğulayıb.