YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Bu seçkilər Azərbaycan, ümumiyyətlə, Türk dünyasının gələcəyi üçün önəm kəsb edir

Fevralın 8-də Türkiyə Mərmərə Vəqfi müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Türkiyə Mərmərə Vəqfi müşahidə missiyasının rəhbəri Akkan Suver Azərbaycanda növbədənkənar prezident seçkilərinin Avropa və dünya standartlarına tam uyğun şəkildə keçirildiyini deyib. “Biz 42 məntəqədə olduq. Səhər saatlarından 17:00-dək seçki prosesini diqqətlə izlədik. Seçicilər, xüsusilə, qadınlar çox fəallıq göstərirdilər”, deyən A.Suver bildirib ki, Qarabağ dastanından sonra Azərbaycan tam bir demokratik bayram yaşadı.

O, bu seçkilərin Azərbaycan, ümumiyyətlə, Türk dünyasının gələcəyi üçün önəm kəsb etdiyini bildirib.

Qeyd edək ki, prezident seçkilərinin ilk yekun nəticələrinə görə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq qalib olub.