YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT PA-nın nümayəndəsi: Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu

Fevralın 8-də İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Qurumun müşahidə missiyasının rəhbəri Salma Koveyra Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin çox yüksək səviyyədə keçirildiyini deyib.

“Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. Bu, çox əhəmiyyətli bayram idi, çünki ilk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi”, - deyə Salma Koveyra vurğulayıb.

İƏT PA-nın rəsmisi seçici fəallığına və xüsusilə qadınların aktivliyinə diqqət çəkib.

“Azərbaycan nəhayət 30 illik işğaldan sonra ərazi bütövlüyünü tam bərpa edib. Bu, bizi çox sevindirir”, - deyən missiya rəhbəri işğaldan azad edilmiş ərazilərdə seçkiləri izləmək imkanı olmadığına görə təəssüfləndiyini bildirib.

Qeyd edək ki, prezident seçkilərinin ilkin nəticələrinə görə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq qalib olub.