YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çeçenistanın başçısı Ramzan Kadırov Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Ramzan Kadırov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Hörmətli İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hazırda seçkilərin ilkin nəticələri məlumdur, İlham Heydər oğlu inamla lider mövqeyini tutur. Azərbaycan vətəndaşlarının bu dəstəyi onu göstərir ki, İlham Heydər oğlu öz xalqının həqiqi lideridir. Yüksək peşəkarlığı və mənəvi keyfiyyətləri, təcrübəsi və mürəkkəb qərarları qəbul etmək bacarığı onu ölkənin siyasi və sosial həyatında əvəzolunmaz liderə çevirib”.

Ramzan Kadırov İlham Əliyevin “mühüm sosial-iqtisadi istiqamətlərin inkişafını ehtiva edən” səmərəli daxili siyasətini vurğulayaraq yazıb: “İlham Əliyev tərəfdaş ölkələr, xüsusən Rusiya ilə diplomatik əlaqələrin möhkəmləndirilməsi üzərində yorulmadan çalışır. Bu, qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə kömək edir. Əminəm ki, İlham Heydər oğlunun rəhbərliyi ilə ölkə dinamik inkişafını davam etdirəcək, sürətlə tərəqqi edərək nüfuzunu daha da artıracaq”.