YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan parlamenti sədrinin müavini: Seçki prosesi çox yüksək səviyyədə təşkil edilib

Seçicilərin seçki məntəqələrindəki fəallığı çox yüksəkdir. Biz seçki məntəqələrində səsverməni müşahidə etmişik və qaydalara əməl olunub.

Bu sözləri Gürcüstan parlamenti sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze fevralın 7-də keçirilən mətbuat konfransında deyib.

Seçki məntəqələrin ab-havanın və mühitin çox sakit olduğunu bildirən A.Talakvadze deyib: "Çox sayda beynəlxalq müşahidəçi sözügedən seçki məntəqələrinə baş çəkiblər. Media nümayəndələri bütünlüklə seçki məntəqələrinə giriş əldə ediblər. Ümumiyyətlə, biz müşahidələrin nəticəsi kimi qeyd etmək istəyirik ki, seçki prosesi çox yüksək səviyyədə təşkil olunub".