YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soydaşlarımız Zəfər seçkisi ilə qürur duyur

“Londonda aktiv seçici hüququna malik qeydiyyatdan keçmiş vətəndaşların 62 faizi indiyədək səsvermədə iştirak edib”. Bu barədə Azərbaycanın Böyük  Britaniyadakı səfiri Elin Süleymanov məlumat verib. O bildirib ki, seçkilər çox nizam-intizamla keçir və fəallıq yüksək səviyyədədir. “Hazırda Londonda günorta saatlarıdır və indiyədək qeydiyyatdan keçən vətəndaşlarımızın 62 faizi artıq səs verib. Səsvermə davam edir. Eyni zamanda, olduqca qürurverici, rəmzi amildir ki, səfirliyin yeni binasında keçirilən ilk tədbir prezident seçkiləridir. Ümid edirəm ki, bu, xalqımızın yeni uğurlarının başlanğıcı olacaq”, - deyə səfir vurğulayıb.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib. Baş konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1030 nəfər seçici qeydə alınıb. Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Satnisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər. Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. Sankt-Peterburqdakı baş konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Türkiyədə isə yerli  vaxtla saat 17:00-a olan son statistik məlumata əsasən, Ankara və ətraf vilayətlərdə yaşayan Azərbaycan vətəndaşlarının 74 faizə yaxını artıq səsvermədə iştirak edib. Bildirilib ki, seçicilərin seçkilərdə fəal iştirakı müşahidə olunur. Türkiyədə səsvermə yerli vaxtla saat 19:00-dək davam edəcək.