YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanlı deputat: Bu mühüm seçkilər Azərbaycan tarixində yeni mərhələ açacaq

Sübh tezdən Sumqayıtda idik və 10 seçki məntəqəsini gəzdik. Onların hamısında növbələr vardı. İnsanlar böyük sevinclə seçki məntəqələrinə gəlirdilər.

Bu barədə Qazaxıstan Respublikası Parlament Məclisinin deputatı, beynəlxalq müşahidəçi Aydos Sarım bildirib.

Deputat əlavə edib: “Bütün məntəqələrdə ən azı 8-9 müşahidəçi var. Mən seçki komissiyalarının üzvləri və müşahidəçilərlə söhbət etdim və heç bir pozuntu qeydə alınmamışdı. İnsanlar başa düşürlər ki, bu, müstəqillik illərində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu şəraitdə keçirilən ilk tarixi seçkilərdir. Bu mühüm seçkilər Azərbaycan tarixində yeni mərhələ açacaq. Yəni, Qarabağın bərpası və yenidən qurulması nöqteyi-nəzərindən yeni dövr başlayacaq. Ona görə də düşünürəm ki, bu seçkilər məxsusidir”.

Bu ərəfədə sosioloq həmkarları ilə danışdığını diqqətə çatdıran Aydos Sarım əlavə edib ki, onlar da bu seçkilərə böyük ümidlə baxır və sevinclə qarşılayırlar. O vurğulayıb: “Bu və ya digər namizədə veriləcək səslərin faizlərindən danışırdıq. Səsvermənin ilkin nəticələri, “exit-poll” məlumatları elan olunduğu vaxt biz həmin rəqəmləri görəcəyik. Zənnimcə, bu rəqəmlər ölkə üçün çox əhəmiyyətlidir, həm də təkcə konkret siyasətçilərin mövqeyi və sairə baxımından deyil. Onlar bütün dünyaya millətin birliyini, cəmiyyətin həmrəyliyinin dərəcəsini göstərir”.